M. M. Nəccar Azərbaycan prezidenti İlham Əliyev, iqtisadi inkişaf, daxili işlər, mili təhlükəsizlik nazirləri ilə görüşəcəyini deyib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycana rəsmi səfərə gələn İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib. FaktXeber.com-un APA-ya istinadən verdiyi məlumata görə, daxili işlər naziri jurnalistlərə açıqlamasında Azərbaycana səfərinin müsbət xarakterli olduğunu deyib, qeyd edib ki, bu səfər münasibətlərin dostluğa, inkişafa, əlaqələrin daha genişlənməsinə xidmət edir: “Bizim tarixi müştərək əlaqələrimiz olduqca genişdir. Biz Azərbaycanı özümüzə ən yaxın qardaş ölkə hesab edirik”.
M. M. Nəccar Azərbaycan prezidenti İlham Əliyev, iqtisadi inkişaf, daxili işlər, mili təhlükəsizlik nazirləri ilə görüşəcəyini deyib.