Tarix : 2010 May 05
Kod 17231

AZƏRBAYCAN BİRLİK TƏŞKİLATININ YENİ LAYİHƏSİ – AZƏRBAYCANDA İLK İSLAM İNTERNET TELEVİZİYASI ARTIQ...

Azərbaycan Birlik Təşkilatı “Birlik” İslam İnternet Radiosunun layihəsinin ardınca, bu istiqamətdə olan ikinci layihəsini – “Birlik” İslam İnternet Televiziyasını ...
Azərbaycan Servisi/Aran Agentliyi
 “Birlik” İslam İnternet Televiziyasını (www.birlik.tv və ya www.tv.birlik.az) dünyanın istənilən ölkəsindən hər hansı brauzer – sayt açma proqramı - explorer, opera, mozilla və ya hər hansı başqa biri vasitəsilə asan və sadə şəkildə izləmək mümkündür. BirlikTv hələlik gündə 6 saat – 15:00-dan 21:00-dək yayımlanır.
 
Azərbaycan Birlik Təşkilatı “Birlik” İslam İnternet Radiosunun layihəsinin ardınca, bu istiqamətdə olan ikinci layihəsini – “Birlik” İslam İnternet Televiziyasını 03 may 2010 tarixindən həyata keçirdi. Təqribən 2 ay idi ki BirlikTV ekspriment variantında yayımlanırdı, amma bir sıra nöqsanlar mövcud idi, 03 maydan artıq tam şəkildə fəaliyyətə başlanılıb. “Birlik” İslam İnternet Televiziyasını (www.birlik.tv və ya www.tv.birlik.az) dünyanın istənilən ölkəsindən, o cümlədən vətənimizdən hər hansı brauzer – sayt açma proqramı - explorer, opera, mozilla və ya hər hansı başqa biri vasitəsilə asan və sadə şəkildə izləmək mümkündür. BirlikTv hələlik gündə 6 saat – 15:00-dan 21:00-dək yayımlanır. BirlikTv-nin proqramları bir gün əvvəl birlik.az saytında və həftənin 2,4,6-cı günləri işıq üzü görən “Birlik-Press” qəzetində yerləşdirilir.
 
  • Yazılıb
  • da (də) 2010 May 05