Məktubun mətni artıq hazırdır, məktubda Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidinin sökülməməsi ilə bağlı prezidentə müraciət olunacaq
Azərbaycan Servisi/Aran Agentliyi
Bu barədə mətbuata açıqlama verən Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidinin dini icmasının sədri artıq məktubun QMİ tərəfindən hazırlanması haqda elə həmin idarə tərəfindən ona bildirildiyini bəyan edib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Hacı Allahşükür Paşazadə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət məktubu göndərməklə məscidin sökülməməsini ondan istəyəcək. Məktubun mətni artıq hazırdır, məktubda Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidinin sökülməməsi ilə bağlı prezidentə müraciət olunacaq.