Tarix : 2010 May 05
Kod 17236

Bakının “Təzə Pir” məscidində Qafqaz Müsəlmanları İdarəsinin qarşısında dindarlar etiraz aksiyası...

Mayın 4-də saat 12 radələrindən saat 16 radələrinə qədər Azərbaycan dindarları Bakının mərkəzi “Təzə Pir” məscidində Qafqaz Müsəlmanları İdarəsinin qarşısında etiraz aksiyası keçirdilər
Azərbaycan Servisi/Aran Agentliyi
Mayın 4-də saat 12 radələrindən saat 16 radələrinə qədər Azərbaycan dindarları Bakının mərkəzi “Təzə Pir” məscidində Qafqaz Müsəlmanları İdarəsinin qarşısında etiraz aksiyası keçirdilər. Dindarlar Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə.) məscidinin sökülməsinin qarşısını alması məqsədi ilə Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət ediblər. Şeyx dindarların nümayəndəsi ilə görüşdə aksiya iştirakçılarını əmin edib ki, məscidin sökülməməsi üçün əlindən gələni edəcək. Aksiyada Azərbaycanın müxtəlif bölgələrindən gələn 300-dən artıq dindar iştirak edib. Onlar həmin gün məscidin salonunda keçirilən Xanım Fatimeyi Zəhranın əza məclisinə və ehsana buraxılmayıblar.
  • Yazılıb
  • da (də) 2010 May 05