Tarix : 2010 May 06
Kod 17251

8 MAY ŞUŞANIN İŞĞALI GÜNÜ, 9 MAY ALMAN FAŞİZMİ ÜZƏRİNDƏ QƏLƏBƏNİN 65-Cİ İL DÖNÜMÜ GÜNÜ, 10 MAY AZ...

Qarabağ Azadlıq Təşkilatı (QAT) Şuşanın işğalının ildönümü ilə bağlı aksiyalar keçirəcək, qurum 8 mayın “İşğalçılara nifrət günü” kimi qeyd olunmasını da təklif edir
Azərbaycan Servisi/Aran Agentliyi
QAT 8 mayın “İşğalçılara nifrət günü” kimi qeyd olunmasını qərara alıb. Həmin gün Bakıda və bölgələrdə şəhidlər xiyabanlarının ziyarət edilməsi, işğalçı Ermənistanın bayrağının, onun terrorçu rəhbərlərinin şəkillərinin yandırılması və digər tədbirlər nəzərdə tutulur. QAT hesab edir ki, Şuşa Qarabağın simvolu, Azərbaycan mədəniyyətinin ən qədim və zəngin məkanlarından biri olduğuna görə məhz həmin gün işğalçılara nifrətin xüsusi şəkildə ifadə edilməsi məqsədəuyğundur.
  • Yazılıb
  • da (də) 2010 May 06