İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror qurbanlarının xatirəsinə həsr olunmuş aksiyada ...
Azərbaycan Servisi/Aran Agentliyi
İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror qurbanlarının xatirəsinə həsr olunmuş aksiyada iştirak etdiklərinə görə həbs olunaraq Binəqədi təcridxanasında saxlanılan gənc fəallara baş çəkib.
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və onun müvani Əhəd Məmmədli, ADP Gənclər təşkilatının sədri Cəmil Hacıyev 10 sutka müddətinə həbs olunublar.
Behbudovun Turan-a verdiyi məlumata görə, gənclər saxlanılan zaman fiziki təzyiqlərə məruz qaldıqlarını bildiriblər.
Musavat Partiyasından verilən məlumata görə, gənclərin valideynlərinə onlar ilə görüşə icazə verilməyib. Behbudovun sözlərinə görə, qanunvericilikdə belə məhdudiyyət yoxdur.
Abbaslı aprelin 29-da, Məmmədli və Hacıyev isə aprelin 30-da saxlanılıblar.