Tarix : 2010 May 06
Kod 17253

SİONİST REJİM AZƏRBAYCANIN POLİTOLOQLARINI, İCTİMAİLƏRİNİ VƏ JURNALİSTLƏRİNİ NAZİM İBRAHİMOVUN RƏ...

İsrailin Azərbaycanlı mütəxəssislərini bir araya gətirib konfrans keçirməsindən məqsəd onun regionla bağlı yeni planlarından xəbər verir, İsrail Qarabağ probleminin həllinə də qarışmaq istəyir
Azərbaycan Servisi/Aran Agentliyi
Mayın 5-də  İsrailin Təl-Əviv şəhərində “Ön Asiya: kütləvi informasiya vasitələri və regional münaqişələr” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Diasporlarla İş üzrə Dövlət Komitəsindən (DİDK) verilən məlumata görə, konfransda ABŞ, Almaniya, Gürcüstan, Ukrayna və Rusiyadan politoloqlar, jurnalistlər və ictimai xadimlər iştirak edirlər.
Azərbaycan DİDK və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (AİBA) təşkilatçılığı ilə keçirilən tədbirdə məqsəd dövlət rəsmləri, regiondakı prosesləri dərindən bilən politoloqlar və mütəxəssislərin, habelə Azərbaycan, İsrail, ABŞ, Rusiyada, Ukrayna və Gürcüstanda fəaliyyət göstərən rusdilli KİV rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparmaqdır. Azərbaycanı bu tədbirdə DİDK-nın sədri Nazim İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransı AİBA-nın rəhbəri İosif Şaqal açaraq tədbirin əhəmiyyətindən danışıb, onun iştirakçı dövlətlərin mətbu orqanları arasında əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyib. İlk çıxış edən İsrailin Baş nazir dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri Naomi Ben-Ami konfransın əhəmiyyətindən danışıb. Konfransda DİDK-nın sədri Nazim İbrahimov çıxış edərək Azərbaycanda həyata keçirilən islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, əlaqələrin inkişafında dövlət başçılarının rolu, Dağlıq Qarabağ münaqişəsi, İsrail-Azərbaycan arasında əlaqələrin genişlənməsində və möhkəmlənməsində diasporun rolu və digər məsələlər barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən Knessetin deputatı, “İsrail bizim evimizdir” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Robert İlatov Azərbaycan və İsrail dövlətləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli olmasından maraqlılığını vurğulayıb. R.İlatov regionda mövcud olan problemlərin həllində KİV-in rolunu qeyd edib, bu baxımdan konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edək ki, konfrans hələ mayın 6 və 7-də də davam edəcək.
  • Yazılıb
  • da (də) 2010 May 06