NEFTÇALA VƏ BİLƏSUVARIN DA SUALTINDA QALMASI GÖZLƏNİLİR, ƏHALİ SU BASAN YERLƏRDƏN EVAKUASİYA OLUNUR
Azərbaycan Servisi/Aran Agentliyi
Mayın 7-də Sabirabadın aşağı yerlərində Kür və Araz çaylarının birləşən yerindən daşan Kür çayı Sabirabad şəhərinin mərkəzinə qədər Kürün əhatəsini genişləndirdi. Onlarla kənd və yüzlərlə ev sualtında qaldı. İki çay artıq bir neçə aydır ki buzların əriməsi nəticəsində daşmağa hazırlaşırdı. Məmurların qabaqdangəlmə tədbirləri olmamasından əhali belə acı halları yaşayır. Bir neçə gün əvvəl Araz çayı təkbaşına Ağcabədi və ona yaxın əraziləri suya qərq etmişdi. Şirvan və Səlyan şəhərlərinə nisbətən Sabirabada daha çox ziyan dəyib. Neftçala və Biləsuvarda da təhlükəli daşqınlar gözlənilir. Onlarla kənd su içindədir, əhali artıq yerlərdən evakuasiya edilir, xilasetmə və bəndatma tədbirləri davam edir.