MAYIN 7-DƏ İSTANBULUN “FATEH” MƏSCİDİNİN QARŞISINDA KEÇİRİLƏN ETİRAZ AKSİYASINA TÜRKİYƏNİN NÜFUZLU İSLAMYÖNLÜ “SƏADƏT” PARTİYASI DA DƏSTƏK VERİB
Azərbaycan Servisi/Aran Agentliyi
Mayın 7-də İstanbuldakı “Fateh” məscidinin qarşısında keçirilən mitinqdə Türkiyənin vaxtilə iqtidarda olmuş İslamyönlü “Səadət” partiyasının təmsilçisi Türker Saltabaşda iştirak edib. Onun çıxışındakı sözlərinə görə, Ali Məhkəmənin Yeni Günəşli "Fatimeyi Zəhra" məscidinin sökülməsi barədə çıxardığı qərarı dəyişməsə təmsil etdiyi partiya və türk xalqı milyonluq etiraz mitinqi təşkil edəcək. Xatırladırıq ki, Azərbaycanda İslamafobiya və xüsusilə məscid sökülməsinə etiraz olaraq “Fateh” məscidinin qarşısında mitinq keçirilib. Mitinqə onlarla təşkilat, o cümlədən “Səadət” partiyası da dəstək verib.