Tarix : 2010 May 07
Kod 17272

AZƏRBAYCANIN İSLAMYÖNLÜ FƏZİLƏT PARTİYASI BU İLKİ PARLAMENT SEÇKİLƏRİNDƏ İŞTİRAK EDƏCƏK

BU BARƏDƏ PARTİYANIN SƏDRİ HACI GÜNDÜZ HACIYEV MƏLUMAT YAYIB
Azərbaycan Servisi/Aran Agentliyi
Fəzilət Partiyasının sədri Hacı Gündüz Hacıyev mətbuata deyib ki, ümumiyyətlə siyasi partiyanın məqsədlərindən biri də seçkilərdə iştirak etməkdir. Fərqi yoxdur prezident, bələdiyyə və ya parlament seçkisidir. Seçki özü bir prosesdir. Siyasi partiya seçkiyə qədər keçdiyi yolu, göstərdiyi fəaliyyətin nəticəsini seçkidə, seçicilərdən aldığı səsin miqdarı ilə müəyyən edir ki, seçicilərim bu partiyanın rəhbərliyinə və onun məqsədlərinə rəğbəti var, yoxsa yox. Bu baxımdan siyasi partiya üçün seçkidə iştirak eləmək mühümdür. Ancaq bəzi vaxtlar olur ki, siyasi partiya seçkilərdən kənarda da qalır. Bu nə siyasi partiyanın özündən asılı olmur, nə də seçicilərdən. Seçki prosesini təşkil edən hakimiyyətdir. Və bir sıra hallarda çox təəssüf ki, siyasi hakimiyyət ölkədə seçki prosesinin fəlsəfəsindən kənar bir istiqamətdə seçki təşkil edir. Yəni seçki ölkədə daha çox partiyalarla ictimaiyyətin ünsiyyət yaratmalı, yaxşı mənada siyasi rəqabətlərlə, daha çox seçicilərə seçmə imkanı vermək, hakimiyyətin formalaşmasında vətəndaşların, seçicilərin iradəsinin, istəyinin iştirakı ilə olmalıdır. Amma çox təəssüf ki, Azərbaycanda bir çox hallarda keçirilən seçkilər bu təyinatdan kənar olur. Sadəcə olaraq müəyyən seçki adı ilə təyinatlar olur. Və seçki prosesi həm təbliğat kompaniyasında, həm namizədlərin qeydə alınmasında, həm seçki günü, həm də seçkidən sonrakı proseslərdə seçkinin nəticəsinə təsir edəcək, həlledici nöqsanlarla dolu olur. Bu da əlbəttə ki, siyasi partiyaların seçkidə iştirakına imkan vermir. Çünki siyasi partiyaların belə iştirakı onu nüfuzdan salır. Bizim Qarabağ kimi problemimiz var. Hakimiyyət də bundan istifadə edib, seçki prosesini bir komediya prosesinə çevirir. Xüsusi ilə də parlament seçkilərin də müəyyən təyinatla seçicinin taleyini həll edir. Fəzilət partiyası mümkündür ki, təbliğat kompaniyasında iştirak eləsin, namizəd irəli sürsün. Biz istəyirik ki, Fəzilət Partiyasından müəyyən sayda konkret namizədlər olsun. Əgər partiya etimad göstərsə bu namizədlərdən biri də mən olacağam. Lakin seçkidə, səslərin sayılmasında ədalətli bir prinsip müəyyən edilməsə, mümkündür ki, Fəzilət Partiyası sona qədər seçkidə iştirak etməsin. Amma hər halda seçkinin birinci, ikinci mərhələsində iştirak etmək istərdik.
 
  • Yazılıb
  • da (də) 2010 May 07