Tarix : 2010 May 11
Kod 17307

İranın Azərbaycandakı səfirliyi açıqlama Verdi

Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti, Fövqəladə Hallar, Daxili İşlər və Xarici İşlər nazirliklərinin müraciətinə əsasən və İranın Azərbaycandakı səfirliyinin məsələni ...
Azərbaycan Servisi/Aran Agentliyi
İranın Azərbaycandakı səfirliyi ölkənin bir neçə rayonunda baş vermiş sel və daşqınların yaratdığı təbii fəlakətə İranda Xudafərin su anbarından suyun artıq miqdarda buraxılmasının səbəb olması ilə bağlı açıqlamalara münasibət bildirib.
Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda qeyd edilib ki, İranın Araz çayı ətrafında yerləşən bəzi şəhərlərində də daşqınlar və sel maddi ziyan, həmçinin insan tələfatı ilə nəticələnib: “Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti, Fövqəladə Hallar, Daxili İşlər və Xarici İşlər nazirliklərinin müraciətinə əsasən və İranın Azərbaycandakı səfirliyinin məsələni diqqətlə izləməsi nəticəsində, Azərbaycanın zərərçəkmiş vətəndaşlarına yardım göstərilməsi və selin qarşısının alınması istiqamətində əməkdaşlıq etmək, bölgələrə dəyən ziyanın miqyasının daha da artmasının qarşısını almaq üçün “Xudafərin” su anbarının tutumu müvəqqəti olaraq artırılıb. Bu, daşqınların baş verdiyi zonalara daxil olan suyun həcminin xeyli miqdarda azaldılması üçün edilib”.
Səfirlik bildirib ki, Azərbaycan heyətinin “Xudafərin” bəndinə baxış keçirməsinə lazımi şərait yaradılıb.
Səfirlik “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəsmilərinin İran tərəfindən “Xudafərin” su bəndinin açılmasının sel və daşqınların səbəbi kimi göstərilməsinə etiraz edib və bu açıqlamanı qınayıb.
 
  • Yazılıb
  • da (də) 2010 May 11