Tarix : 2010 May 13
Kod 17336

TÜRKİYƏ DEMOKRATİYA VƏ İSLAMA DOĞRU DAHA BİR ADDIM ATIR

Türkiyə prezidenti Abdulla Gül Konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsi ilə bağlı parlamentdə qəbul olunan qan unu təsdiqləyib
Türkiyə Servisi/Aran Agentliyi
Konstitusiya qanunu ümumxalq referendumuna təqdim edilmək üçün baş nazirin aparatına göndərilib. Referendumun tarixi Türkiyənin Ali Seçki Qurumu (Mərkəzi Seçki Komissiyası) tərəfindən müəyyənləşdiriləcək. Ümumxalq səsverməsinin iyulun ortalarına təyin olunacağı gözlənilir.
 
Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisində 3 həftəlik gərgin müzakirə və mübahisələrdən sonra Konstitusiyanın 25 maddəsinə dəyişiklik edilib. Lakin bu dəyişikliklərdən yalnız 2-si prinsipial əhəmiyyət daşıyır. Bunlardan biri Konstitusiya Məhkəməsinin, digəri isə Məhkəmə-Hüquq Şurasının tərkibinə dəyişiklik edilməsini nəzərdə tutur.
 
 
  • Yazılıb
  • da (də) 2010 May 13