Tarix : 2010 May 13
Kod 17337

BAKIDA İSLAM DÜNYASI UNİVERSİTETLƏRİ FEDERASİYASININ 5-Cİ BAŞ KONFRANSI BAŞLAYIB

İranın Qum “Əl-Mustafa” Beynəlxalq İslam Universitetinin rektoru Ayətullah Ərafi də qonaqlar sırasında Bakıdadır
Azərbaycan Servisi/Aran Agentliyi
Konfransda iştirak etmək üçün İslam ölkələrindən olan 100-dən çox universitet rektoru Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. O bildirib ki, iki gün davam edəcək konfransa ev sahibliyini rektoru olduğu Azərbaycan Dövlət İqtisad Universiteti edir: “Tədbirə ev sahibliyi edən bir universitetin rektoru kimi konfransın prezidenti mən seçilmişəm. Hazırda konfransda 50-dən çox ölkədən 180-ə yaxın nümayəndə iştirak edir. Konfransda təhsil naziri Misir Mərdanovun açılış nitqi ilə çıxış etdi” .
 
Ş. Hacıyev bu tədbirin Azərbaycanda keçirilməsinin böyük önəm daşıdığını, Azərbaycanın təhsil sahəsində qazandığı müsbət təcrübənin İslam ölkələrinin universitetləri tərəfindən öyrənilməsinin zəruri olduğunu qeyd edib: “Konfransda İslam Virtual Universitetinin yaradılması ilə bağlı layihənin hazırlanması haqqında qərar qəbul olundu. Burada koordinator qismində bizim universitet iştirak edir. Federasiyanın nəzdində keyfiyyətin qiymətləndirilməsi və akkreditasiya üzrə xüsusi bir qurumun fəaliyyət mexanizmi təsdiqləndi. Eyni zamanda İslam universitetləri biznes şəbəkəsinin yaradılması layihəsi irəli sürüldü və təsdiqləndi” . Qeyd edək ki, konfrans 12 mayda başlayib və öz işini 13 mayda tamamlayır.
  • Yazılıb
  • da (də) 2010 May 13