Tarix : 2010 May 13
Kod 17339

İQTİDAR BAKININ MƏRDƏKAN QƏSƏBƏSİNDƏKİ “PİR HƏSƏN” ZİYARƏTGAHINI SÖKÜLMƏMƏK QƏRARINA GƏLİB

“FATİMEYİ ZƏHRA” MƏSCİDİNİN DƏ SÖKÜLMƏMƏK EHTİMALI ARTIR
Azərbaycan Servisi/Aran Agentliyi
Mayın 12-də saat 11:00-da Ali Məhkəmədə "Pir Həsən" ziyarətgahının məhkəmə prosesi olub. Prosesdə Apellyasiya Məhkəməsinin qərarından ziyarətgahın kassasiya şikayətinə baxılırdı.Ali Məhkəmə Mərdəkan qəsəbəsinin bələdiyyəsinin keçmiş sədrinin pirin sökülməsi iddiasını rədd edərək, ziyarətgahın şikayətini təmin edib. Hakim Zakir Quliyevin sədrliyi ilə keçən məhkəmə prosesi artıq başa çatıb. "Pir Həsən" ziyarətgahın vəkili Muxtar Mustafayev bizimlə söhbətində qərarla bağlı bildirmişdir: “Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi. İşi yeni məhkəmə baxışı üçün Apellyasiya Məhkəməsinə göndərdi. Bununla da məhkəmə bizim şikayətimizi təmin etdi. Əvvəlki qərar ləğv edildi ki, işimizə yenidən baxılsın”.
Xatırladaq ki, "Pir Həsən" ziyərgahının məhkəmə işi artıq 2 ilə yaxındır ki, davam edir. Mərdəkan Qəsəbə Bələdiyyəsinin keçmiş sədri, hazırda bələdiyyə üzvü olan Zakir Cəfərovun iddiası əsasında məhkəməyə verilən "Pir Həsən" ziyarətgahı güya qədim qəbir və abidlərin dağıdılmasında ittiham edilir. 2 Saylı Bakı İqtisad Məhkəməsi bələdiyyənin iddiasını təmin etmiş, Bakı Apellyasiya Məhkəməsi isə ziyarətgahın qərardan şikayətini təmin etməyərək əvvəlki məhkəmə instansiyasının hökmünü qüvvədə saxlamışdır.
 
 
  • Yazılıb
  • da (də) 2010 May 13