Tarix : 2010 May 13
Kod 17340

BAKININ ŞƏHİDLƏR XİYABANINDAKI MƏSCİD MƏHDUDİYYƏTLƏ DƏ OLSA ACILACAQ

BU MƏSCİDƏ ƏSASƏN ƏHLİ SÜNNƏ QARDAŞLAR TOPLAŞIRDILAR
Azərbaycan Servisi/Aran Agentliyi
“Türkiyə Deyanet İşləri Vaqfi” tərəfindən 1993-cü ildən tikilən “Şəhidlər məscidi” yaxın günlərdə açılacaq. Beləcə, bir müddət öncə Bakıda ibadət evlərinin üzərində dolaşan “qara buludlar” deyəsən tədricən çəkilməyə başlayıb. Lakin mənbə məscidin müəyyən məhdudiyyətlər çərçivəsində fəaliyyət göstərəcəyini deyib. Qaynağın dediyinə görə, bundan sonra məscidə cümə namazları izdihamı şəkildə qılınmayacaq. Bu da o deməkdir ki, cümə namazlarına daha az dindar iştirak edəcək. Köməkçi məscidin fəaliyyətə başlayacağı ilə bağlı xəbərdən məlumatsız olduğunu söylədi: “Bizə bu barədə heç bir söz deməyiblər. Ümid edirəm ki, xəbəriniz doğru olacaq. Ancaq gördüyünüz kimi məscid işləmir”. Həqiqətən də, “Şəhidlər məscidi”nin qapısı bağlı idi. Ərazidə təmir-tikinti işlərinin görülməsinin də şahidi olmadıq. Xatırladaq ki, ötən ilin aprelindən məscid günorta namazından sonra təmir adı ilə bağlanıb. Ümumiyyətlə, ötən ildən qapadılan məscidlər hələ də fəaliyyətsizdir. Onların bir neçəsi təmir-tikinti, bəziləri isə qanunsuz tikili adı altında kilidlənib. Analoji proses bölgələrdə həyata keçirilib. Hazırda “Şəhidlər camesi”, “Peyğəmbər” (s), “Əbu-Bəkr”, Yeni Günəşlidəki “Fatimeyi-Zəhra” (s.ə.) məscidlərinin qapıları bağlıdır.
Əlavə edək ki, məsələyə Qafqaz Müsəlmanları İdarəsinin rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadənin müdaxiləsi də fayda verməyib.
 
  • Yazılıb
  • da (də) 2010 May 13