Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov iki ölkə arasında viza rejiminin ləğvi haqqında saziş imzalayıblar
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə və Rusiyanın xarici işlər nazirləri Əhməd Davudoğlu və Sergey Lavrov iki ölkə arasında viza rejiminin ləğvi haqqında saziş imzalayıblar. Hər iki ölkənin vətəndaşları bir ay ərzində vizaları qanuniləşdirmədən Türkiyə və Rusiyada qala bilərlər. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib ki, Moskvaya bu ilin yanvarında səfəri zamanı viza rejiminin ləğvi məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Türkiyə bir çox müsəlman ölkələri – İran, Liviya, Suriya, İraq və Livanla viza rejimini ləğv edib. Hazırda Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında sadələşdirilmiş viza rejimi fəaliyyət göstərir.