Tarix : 2010 May 13
Kod 17345

KÜR ÇAYININ DAŞMASI ARTIQ3 NƏFƏRİN HƏYATINA SON QOYUB, SABİRABAD RAYONU TAMAMİLƏ MƏHV OLMA TƏHLÜK...

Sel fəlakəti nəticəsində doğma yurdlarından didərgin düşüb və həlak olanların sayı 3-ə çatdı. Sabirabadı bürümüş sel fəlakəti səbəbindən artıq 3 ölkə vətəndaşı həyatını itirib
Azərbaycan Servisi/Aran Agentliyi
Sel fəlakəti nəticəsində doğma yurdlarından didərgin düşüb və həlak olanların sayı 3-ə çatdı.
Sabirabadı bürümüş sel fəlakəti səbəbindən artıq 3 ölkə vətəndaşı həyatını itirib. Sabirabad rayonu sel suları nəticəsində tamamilə məhv olma təhlükəsilə üz-üzədir. Şirvanda çadırlarda məskunlaşmış sakinlər həm təhlükəsizliklərindən, həm abır-həyalarından narahatdırlar. “5-6 ailəni bir çadırda məskunlaşdırırlar. Buna görə də kişilər bütün gecəni bayırda gecələyirlər”, - deyə mənbə media mənsubları ilə söhbətində bildirmişdir. İqtidar isə öz işindən razılıq bıldirir. Onlarla kənd, minlərlə ev və onminlərlə insan narahat vəziyyətdə çöllərdədir.
 
  • Yazılıb
  • da (də) 2010 May 13