Dini İcma rəhbərliyi həmçinin bu məsələnin həllində yaxından uzaqdan səy göstərən hər bir kəsə, məsələni gündəmdə saxlayan KİV-ə, ölkə ictimaiyyətinə, xüsusilə inanclılara minnətdarlıq edir
Azərbaycan Servisi/Aran Agentliyi
Yeni Günəşli “Fatimeyi Zəhra” (s.ə) məscidi dini icmasının sədri Mirtofiq Rəzizadə birlik.az-a və “Birlik-Press” qəzetinə ekskluziv açıqlama verərək bildirmişdir ki, məscidin probleminin müsbət həll olunması ilə əlaqədar Allaha həmd və sənalar edərək problemin həllində bir başa rol oynayan ölkə başçısı prezident İlham Əliyevə təşəkkür edir, dini icma rəhbərliyi həmçinin Prezidentin xanımı Mehriban Əliyevaya və Prezidentə müraciət etmiş Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxül-İslam Hacı Allahşükür Paşazadəyə təşəkkür edir. Dini İcma rəhbərliyi həmçinin bu məsələnin həllində yaxından uzaqdan səy göstərən hər bir kəsə, məsələni gündəmdə saxlayan KİV-ə, ölkə ictimaiyyətinə, xüsusilə inanclılara minnətdarlıq edir.
Xatırladırıq ki, Azərbaycan Prezidenti tikintisi dayandırılmış və sökülməsinə məhkəmə tərəfindən qərar verilmiş "Fatimeyi-Zəhra" məscidinin tikilisinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamına verilməsi barədə, məscidin sökülməsinin dayandırlıması və dini icmanın yenidən qeydiyyata alınması və məscidin təmirinin başa çatdırılması haqda göstəriş verib.