Tarix : 2010 May 16
Kod 17386

Bakının ''Nərimanov'' metrosu ətrafında baş verənlər

metronun ətrafında polis və jurnalistlərdən başqa heç kəs yoxdur
Azərbaycan Servisi/Aran Agentliyi

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də hadisə yerindədir.

«Nərimanov» metrosundan çıxan sakinlərin «Nərimanov» kinoteatrı tərəfə getməsinin qarşısı alınır. Həmçinin, maşınların da ərazidə hərəkəti məhdudlaşdırılıb.

***

«Nərimanov» metrosunun yaxınlığı polisin nəzarətindədir.

Post-patrul xidmətinin, çevik polis alayının xeyli sayda əməkdaşları insanların metronun yaxınlığında toplaşmasının qarşısını alırlar. Yaxınlıqdakı mağazalar, restoranlar bağlanılıb. Əraziyə polis əməkdaşları ilə dolu olan avtobuslar gətirilib.

***

«Azadlıq» bloku aksiya keçirməkdə israrlıdır və təzyiqlərə, fəalların saxlanılmasına baxmayaraq, aksiya mütləq baş tutacaq.

Bu barədə AXCP Ali Məclisinin sədri Həsən Kərimov «Turan»a bildirib.

O deyib ki, artıq 10-dək AXCP fəalı saxlanılıb və mülki geyimli şəxslər bir çox fəalın evlərindən çıxmasına imkan vermir.

Bir müddət əvvəl «Azadlıq» blokunun mitinq keçirmək müraciətinə Bakı şəhər İcra Hakimiyyəti şəhərin mərkəzindən kənarda üç meydan təklif edib.

Müxalifət partiyaları isə həmin meydanlarda mitinq keçirməkdən imtina ediblər.

  • Yazılıb
  • da (də) 2010 May 16