Tarix : 2010 May 16
Kod 17387

“Mənəvi Saflığa Dəvət” xalqımızı təbrik edir!

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə “Fatimeyi-Zəhra” məscidi Qafqaz Müsəlmanları İdarəsinin ixtiyarına verilib
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin göstərişi ilə “Fatimeyi-Zəhra” məscidi Qafqaz Müsəlmanları İdarəsinin ixtiyarına verilib. Eyni zamanda prezident tərəfindən Bakı şəhər İcra Hakimiyyətinin başçısına bu məsələnin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. Bununla da məscidin sökülmə təhlükəsi aradan qalxıb.
Bütün inanclı insanlar kimi bizlər də bu qərardan sevinir, ana vətənimizdə haqq və ədalətin dəstəklənməsi üçün atılan bu addımı yüksək qiymətləndiririk. Eyni zamanda, problemin həllində xidmətləri olan hər kəsə öz dərin minnətdarlığımızı bildiririk.
Allah evinin sökülməsinin qarşısının prezident tərəfindən alınması vətəndaşlarımızın milli birliyinə və ölkə mənafeyinə xidmət edəcək bir addım olduğunu xüsusi vurğulayaraq, hər kəsi milli birliyin qorunmasına səsləyirik.
Əziz Azərbaycan xalqı!
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi olaraq Xanım “Fatimeyi-Zəhra” adını daşıyan Allah evinin sökülməməsi münasibətilə sizi və dünyanın bütün inanclı insanlarını təbrik edir, Uca Yaradandan bir daha belə təhlükələri yaşamamağımızı diləyirik.
Ümid edirik ki, ölkə rəhbərliyi tərəfindən atılan bu zəruri addım xalqımızın sahib olduğu İslami dəyərlərin daha da çiçəklənməsinə və dövlətçiliyimizin inkişafına xidmət edəcək.
“Mənəvi Saflığa Dəvət” İctimai Birliyi
 
 
  • Yazılıb
  • da (də) 2010 May 16