“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi bu münasibətlə bütün Azərbaycan müsəlmanlarını, ümumilikdə bütün İslam ümmətini təbrik edir
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün, 2010-cu il mayın 14-də, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin sərəncamı ilə sökülməsinə qərar verilən “Fatimeyi-Zəhra (s.ə.)” məscidi Qafqaz Müsəlmanları İdarəsinin ixtiyarına verilib.
Beləliklə də, Azərbaycanda növbəti Allah Evinin sökülmə təhlükəsi aradan qaldırılıb.
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi bu münasibətlə bütün Azərbaycan müsəlmanlarını, ümumilikdə bütün İslam ümmətini təbrik edir, bu hadisəni ölkəmizin İslami dəyərlərdən sürətlə uzaqlaşması prosesində son nöqtə və bu dəyərlərə qayıdış üçün başlanğıc olacağına ümid edir.
Allahu Əkbər!
Islam-Azeri.az