Tarix : 2010 May 16
Kod 17389

Medvedevin HƏMAS rəhbəri ilə görüşü, İsrail rejimini qəzəbləndirib

Liberman öz hiddətini saxlaya bilməyib HƏMAS və Çeçenistan məsələsini eyniləşdirmək qərarına gəlib və guya, Medvedevi sionist rejimin də Çeçenistan problemindən danışacağı ilə hədələyib
Rusiya Servisi/Aran Agentliyi
Sionist İsrail rejiminin qondarma Xarici İşlər Nazirliyi Rusiya prezidenti Dmitri Medvedevin, HƏMAS-ın iştirakı olmadan sülh danışıqlarında heç bir inkişafın olmayacağını bəyan etməsindən məyus olub, – “İslamNyus” xəbər verir.
“İsrail nümayəndə heyyəti tez-tez Moskvaya gedir və bundan sonra qarşılıqlı anlaşmaya çatdıqlarını bildirirlər. İndi sən demə bunlar saxta görüşlər olub”, – deyə mənbələrə istinad edən sionist portalları qeyd edir.
Liberman öz hiddətini saxlaya bilməyib HƏMAS və Çeçenistan məsələsini eyniləşdirmək qərarına gəlib və guya, Medvedevi sionist rejimin də Çeçenistan problemindən danışacağı ilə hədələyib. Lakin sionist portalları qeyd edir ki, “Medvedev anlayır ki, Çeçenistan problemi – Rusiyanın daxili işi, HƏMAS isə İsrail rejimi üçün xarici bir məsələdir və bunların bir tutulması ağılsızlıqdır”.
 
  • Yazılıb
  • da (də) 2010 May 16