Azərbaycanda bu ilki parlament seçkiləri bu il noyabr ayının birinci bazar günü - 7-də keçiriləcək
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda bu ilki parlament seçkiləri bu il noyabr ayının birinci bazar günü - 7-də keçiriləcək. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına görə, ölkədə parlament seçkiləri 5 ildən bir, Milli Məclis üzvlərinin səlahiyyət müddəti başa çatdığı ilin noyabr ayının birinci bazar günü keçirilir. Bu il noyabr ayının 1-ci bazar günü isə ayın 7-nə təsadüf edir. Seçki Məcəlləsinin tələbinə görə, seçki prosesinə səsverməyə ən azı 75 gün qalmış rəsmi start verilir. Bununla bağlı artıq bir çox siyasi partiyalar bu seçkilərə hazırlaşmağa başlayıblar. Bəs Azərbaycan İslam Partiyası növbəti parlament seçkilərinə qatılıb-qatılmaması ilə bağlı nə fikirdədir? Bu barədə məlumat verən partiya sədri Hacı Mövsüm Səmədov bildirib ki, hər bir siyasi qurumun və siyasi təşkilatın ilkin vəzifələrindən biri də ölkədə gedən siyasi proseslərdə lazımı iştirak etməkdir, bu baxımdan parlament seçkiləri də bu mühüm proseslərdən biridir. Azərbaycan İslam Partiyası da həmişə olduğu kimi çalışır ki, bu proseslərdə lazımı mövqedə iştirak eləsin. Düzdür Partiyanın qeydiyyatı məsələsi, bizim partiya kimi seçkilərdə iştirak etməyimizə maneyələr törədir. Amma bu seçkidə iştirakımız, bu seçkinin nə dərəcədə ədalətli keçməsi ilə bağlıdır. Hal hazırda ictimaətdə gedən prosesləri biz izləyirik. Və bu proseslərə münasib müvafiq addımlar atacağıq. Əgər bizim seçkidə iştirak edəcəyimizə bir mane olmasa biz yəqin ki, bu seçkidə iştirak edəcəyik. Ədalət və digər baxımdan hər hansısa bir maneələr olarsa bizim bu seçkidə iştirakımız çübhə altında qalır. Amma biz ümüd edirk ki, bu seçkilər demokratik keçəcək və bizdə digər siyasi qurumlar kimi üzərimizə düşən vəzifəmizi yerinə yetirəcəyik.