Hazırda mövcud olan represiv dünya düzənini dəyişməyin yeganə yolu – müstəqil dövlətlər arasında daha sıx əlaqələrin yaradılmasıdır
İİR Servisi/Aran Agentliyi
İranın Ali dini rəhbəri Ayətullah Seyyid Əli Xamenei İslam Respublikasında rəsmi səfərdə olan Braziliya prezidenti Luis İnasio Lula da Silvonu və İran prezidenti Mahmud Əhmədinejadı qəbul edib.
İslam-Azeri.az İnternet qəzetinin İran KİV-inə istinadən verdiyi xəbərə görə, Seyyid Əli Xamenei görüş zamanı bəyan edib ki, “vahid ümumdünya antitotalitar cəbhə” yaradılmalıdır.
Ayətullah Xamenei deyib: “Hazırda mövcud olan represiv dünya düzənini dəyişməyin yeganə yolu – müstəqil dövlətlər arasında daha sıx əlaqələrin yaradılmasıdır. Böyük dövlətlər vertikal dünya quruluşu yaradıblar və özlərini bu piramidanın zirvəsinə daşıyıblar. Belə bir münasibətlər mütləq dəyişdirilməlidirlər və biz buna nail olacağıq”.
Cavab nitqində Braziliya prezidenti İranın müstəqilliyini qorumaq və texnoloji tərəqqiyə haqqı olduğunu bildirib.
İslam-Azeri.az