Tarix : 2010 May 18
Kod 17424

Yeni günəşli ''Fatimeyi Zəhra'' məscidi tam təmir olunandan sonra dindarların istifadəsinə veriləcək

Əsas məsələ məscidin sökülməsinin qarşısını almaq idi. Gələcəkdə bu məscidə kimin axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir
Azərbaycan Servisi/Aran Agentliyi
“Fatimeyi-Zəhra” məscidinin yarımçıq qalan tikintisi başa çatdırılacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, “Fatimeyi Zəhra” məscidinin tikintisi başa çatdırıldıqdan sonra ora axund təyin olunacaq və ibadət ocağı fəaliyyətə başlayacaq. R. Dadaşova “Fatimeyi-Zəhra” məscidinin Qafqaz Müsəlmanları İdarəsinin sərəncamında olan əksər ibadət ocaqlarından biri kimi fəaliyyət göstərəcəyini deyib.
 
“Fatimeyi-Zəhra” Dini İcmasının rəhbəri Mirtofiq Rəzizadə isə məscidin QMİ-nin tabeliyinə verilməsini normal hal kimi qiymətləndirib: “Əsas məsələ məscidin sökülməsinin qarşısını almaq idi. Gələcəkdə bu məscidə kimin axund təyin edilməsi Qafqaz Müsəlmanları İdarəsinin işidir”. Rəzizadə məscidin sökülməsi ilə bağlı məhkəmə çəkişməsini davam etdirəcəklərini də bildirib: “Biz Ali Məhkəmənin qərarını aldıqdan sonra, bu məhkəmənin plenumuna müraciət edəcəyik”.
 
  • Yazılıb
  • da (də) 2010 May 18