Azərbaycan Servisi/Aran Agentliyi
İslam dünyasının böyük alimlərindən olan Ayətullahil-üzma Seyyid Məhəmməd Müftişiə 19 mayda, Bakı vaxtı ilə saat 16-17 radələrində İranın Qum şəhərində dünyasını dəyişib. Böyük müctəhid əslən azərbaycanlı, İranın Ərdəbil şəhərindən idi. Onun seyyidlikdə nəsil şəcərəsi İmam Museyi Kazimə çatırdı, Musəvi seyyidlərindən idi. Böyük alimin Azərbaycanda da müqəllidləri az deyildi. Ümumiyyətlə görkəmli şiə alimin vəfatı ilə əlaqədar Azərbaycanda da geniş matəm tədbirləri qeyd olunacaq.