Tarix : 2010 May 21
Kod 17473

İslam konfransı təşkilatına (İKT) üzv ülkələr azərbaycanın ərazi bütövlüuünü dəstəkləyibər

Bu barədə Düşənbədə işini yekunlaşdıran İKT Xarici İşlər Nazirləri Şurasının 37-ci sessiyasının Yekun Bəyannaməsində deyilir
Azərbaycan Servisi/Aran Agentliyi
Yekun mətbuat konfransında İKT-nin baş katibi Ekmaləddin İhsanoğlu bildirib ki, Yekun Bəyannaməyə əsasən təşkilata üzv ölkələr İranın dinc nüvə proqramını bütövlükdə dəstəkləyir, çünki bu, istənilən xalqın suveren hüququdur. Sənəddə Fələstin xalqının işğalçılarla mübarizəsinə də dəstək verilib.
İKT ölkələri Dağlıq Qarabağda vəziyyətin tezliklə normallaşmasına və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına tərəfdar çıxıblar.
Tacikistanla Özbəkistan arasında ziddiyyətlərə toxunan İhsanoğlu deyib ki, Orta Asiyada özbəklər və taciklər əsirlər boyu yaşayırlar və bütün ziddiyyətləri sülh yolu ilə həll etmək lazımdır.
Mətbuat konfransında çıxış edən Tacikistanın xarici işlər naziri Xamroxon Zarifi bildirib ki, İKT Xarici İşlər Nazirləri Şurasının sessiyasında 2 qətnamə qəbul edilib. Bu sənədlər Tacikistanın təklif etdiyi “Əfqanıstanla qonşu ölkələrin tranzit ehtiyatları və bu imkanlarından qeyd olunan ölkənin iqtisadiyyatının dirçəlməsində istifadə etmək” və «İslam dünyasında su resurslarının səmərəli istifadə olunması, təcrübə və informasiya mübadiləsi, bu istiqamətdə əməkdaşlığın möhkəmləndirilməsi» adlı sənədlərdir.
 
 
  • Yazılıb
  • da (də) 2010 May 21