Mütəxəssislər BP-ni dəyən ziyan və qəzanın miqyası barədə ictimaiyyətə yanlış məlumat verməkdə
Azərbaycan Servisi/Aran Agentliyi
Meksika körfəzində qəza nəticəsində yaranan neft təbəqəsinin qarşısı hələ də alınmayıb. Birləşmiş Ştatlar hökuməti hadisə ilə bağlı bp şirkətindən hesabat tələb edib. Böyük Britaniyada isə “Qrinpis” ətraf mühiti mühafizə hərəkatının fəalları BP-nin mənzil-qərargahı qarşısında aksiya keçiriblər. Birləşmiş Ştatlar hökuməti Meksika körfəzində neft sızması ilə əlaqədar BP şirkətindən hesabat tələb edib. Hökumət həmçinin BP şirkətindən zərərli maddələrin həcmi, quyudan axan neftin miqdarı, qəza bölgəsində suyun və havanın tərkibi barədə də məlumat istəyib. Bu hesabat şirkət tərəfindən 24 saat ərzində federal hakimiyyətə təqdim olunmalıdır. BP şirkəti həmçinin iki gün ərzində qəza nəticəsində ətraf mühitə dəyən ziyanın miqdarını da hesablamalıdır. Mütəxəssislər BP-ni dəyən ziyan və qəzanın miqyası barədə ictimaiyyətə yanlış məlumat verməkdə günahlandırıblar. Böyük Britaniyanın paytaxtı Londonda “Qrinpis” ətraf mühiti mühafizə hərəkatının bir qrup fəalı Bp şirkətinin mənzil-qərargahı qarşısında aksiya keçiriblər. Aksiyaçılar Meksika körfəzində baş verən qəza nəticəsində neft sızmasının ətraf mühitə zərər vurmasına etiraz ediblər. Etirazçılar şirkət binasının eyvanına qalxmağa cəhd ediblər və bp-nin günəbaxan loqotipli ağ bayrağını neftə bulaşdırıblar.