Tarix : 2010 May 22
Kod 17497

İran və Gürcüstan viza rejimini ləğv edir

Gürcüstanla İran arasında viza rejminin ləvğinə dair danışıqlar artıq başlayıb və bu proses 3 aydan sonra başa çatacaq
Gürcüstan Servisi/Aran Agentliyi
İran və Gürcüstan 3 aydan sonra viza rejmini ləğv edəcək. Belə bir bəyanatla İran XİN-nin mətbuat sözçüsü Ramin Mehmanparast gürcüstanlı və iranlı jurnalistlərin iştirak etdiyi dəyirmi masa zamanı çıxış edib. “Gürcüstanla İran arasında viza rejminin ləvğinə dair danışıqlar artıq başlayıb və bu proses 3 aydan sonra başa çatacaq. Bununla da İran və Gürcüstan arasında mövcud olan viza rejimi aradan qaldırılacaq”, - deyə o bildirib.

İran KİV-nin məlumatına görə, hər iki ölkənin müvafiq orqanları artıq öz razılığını verib və İran xarici işlər naziri Mənüçöhr Mottakinin yaxın vaxtlarda Gürcüstana səfəri zamanı viza rejminin ləvğinə dair sənəd imzalanacaq.

İranın Tiflisdəki səfiri Məcid Səmədzadə Saber bildirib ki, hazırda iki ölkə Gürcüstanın Batumi şəhərində İran konsulluğunun açılmasına dair danışıqlar aparır.
ANS
  • Yazılıb
  • da (də) 2010 May 22