Tarix : 2010 May 22
Kod 17504

AİP SƏDRİNİN ÇIXIŞI ERMƏNİSTANI QORXUYA SALIB

Ermənistanda bir neçə forum, xəbər saytları Azərbaycan İslam Partiyasının çıxışını həm tənqid edib, həm də bu çıxışın ölkələri üçün təhlükəli olduğunu önə çəkiblər
Azərbaycan Servisi/Aran Agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun "SalamNews.org"-a müsahibəsi Ermənistanda böyük narahatlıqla qarşılanıb. "Dağlıq Qarabağda döyüşlər başlayacağı təqdirdə bu müharibədə vuruşmaq bütün müsəlmanlara vacibdir"-deyən Mövsüm Səmədov, erməni mətbuatı başda olmaqla ölkə ictimaiyyətini qorxuya salıb. Qeyd edək ki, Ermənistanda bir neçə forum, xəbər saytları Azərbaycan İslam Partiyasının çıxışını həm tənqid edib, həm də bu çıxışın ölkə üçün təhlükəli olduğunu önə çəkiblər.
  • Yazılıb
  • da (də) 2010 May 22