Tarix : 2010 May 23
Kod 17513

Tərtərdə nurçuluğu təbliğ edən şəxs yaxalanıb

Tərtərdə nurçuluğu təbliğ edən şəxs yaxalanıb. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat daxil olub
Azərbaycan Servisi/Aran Agentliyi
Tərtərdə nurçuluğu təbliğ edən şəxs yaxalanıb. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat daxil olub.
Məlumata görə, Tərtər rayon polis şöbəsi və Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində “Nurçu” dini təriqətini təbliğ edən Bayandur kənd sakini Süleyman Məmmədovun evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş 58 ədəd dini kitab və broşura aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
ANS
  • Yazılıb
  • da (də) 2010 May 23