Tarix : 2010 May 25
Kod 17550

Azərbaycan allahın bəlasından qurtula bilmir

Su artıq Saatlı rayonunu da ağuşuna aldı
Azərbaycan Servisi/Aran Agentliyi
Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd yuyulub və su açıq sahələrə axır. Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Təhlükəli vəziyyətlə əlaqədar olaraq 4 kəndin - Dəllər, Novruzlu, Nərimankənd və Musalı kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb. Xəbəri FHN-in mətbuat xidməti yayıb.
  • Yazılıb
  • da (də) 2010 May 25