Azərbaycan Servisi/Aran Agentliyi
Sarısu gölünün şərq sahilində bir neçə istiqamətdə bənd yuyulub və su açıq sahələrə axır. Fövqəladə Hallar Nazirliyi və aidiyyəti qurumlar yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür. Təhlükəli vəziyyətlə əlaqədar olaraq 4 kəndin - Dəllər, Novruzlu, Nərimankənd və Musalı kəndlərinin əhalisinin köçürülməsinə başlanılıb. Xəbəri FHN-in mətbuat xidməti yayıb.