Tarix : 2010 May 28
Kod 17582

Amerika MİNSK qrupundakı keşmiş həmsədrini bir ildir ki boş qalan ABŞ-ın azərbaycandakı səfirinə ...

Maraqlıdır ki keçmiş ABŞ prezidenti Corc Buşun kadrı sayılan Metyu Brayze Barak Obama iqtidarının nümayəndəsi kimi Bakıya gəlir
Azərbaycan Servisi/Aran Agentliyi
Amerika Birləşmiş Ştatları 1 ildir ki Azərbaycana səfir təyin etmirdi və bu vəzifə son səfir öz ölkəsinə qayıdandan sonra boş qalmışdı. Nəhayət ABŞ Metyu Brayzanın Azərbaycana səfir təyin olunması ilə bağlı məsələyə baxır. Artıq onun namizədliyi irəli sürülüb. Maraqlıdır ki keçmiş ABŞ prezidenti Corc Buşun kadrı sayılan Metyu Brayze Barak Obama iqtidarının nümayəndəsi kimi Bakıya gəlir. Bunu da qeyd edək ki, Metyu Brayza Amerikanın Minsk Qrupundakı nümayəndəsi olub və türk siyasətçi qadını ilə ailə qurub, əlbəttə türk qızı ilə olan bu nikah sona qədər uğurlu olmasa da onun bu nikahı və Minsk Qrupundakı həmsədrliyi Metyu Brayzanın Türkiyə və Azərbaycanda kifayət qədər tanınmasına səbəb olub. Azərbaycanın qərbpərəst müxalifəti də bu təyinatdan razı olduqlarını bildirirlər.
  • Yazılıb
  • da (də) 2010 May 28