Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) 2010-cu il parlament seçkilərinə seçicilərin sayını açıqlayıb
Azərbaycan Servisi/Aran Agentliyi
Təqdim olunmuş siyahıya əsasən, ölkədə daimi yaşayan seçicilərin sayı 4 834 829 min təşkil edir. Bu barədə MSK katibi Natiq Məmmədov çərşənbə günü jurnalistlərə bildirib. "Seçicilər siyahısının tərtib edilməsi yüksək səviyyədə aparılıb. Seçkilərə qədər ölkədə müvəqqəti yaşayan vətəndaşların adları da əlavə olunacaq. Ölkə ərazisində baş verən təbii fəlakətlər siyahıların tərtib olunması prosesinə təsir göstərməyib", - Məmmədov deyib. Cari ilin yanavr ayından etibarən seçicilərin siyahısı seçki komissiyaları tərəfindən dəqiləşdirilir, fevralın 5-dən isə bu, öz növbəsində bu məlumatları birləşdirən və aprelin 5-də onları MSK-ya təqdim edən dairə seçki komissiyalarına verilib. Azərbaycanda parlament seçkilərinin keçirilməsi noyabrın əvvəllərinə planlaşdırılır. Sonuncu dəfə 2008-ci ildə prezident seçkiləri dövründə seçicilərin sayı 4 834 584 nəfər təşkil edib.