Tarix : 2010 May 30
Kod 17618

Çadra ilə itirilən ismət

.
Azərbaycan Servisi/Aran Agentliyi
Qadın anadır. Qadın bacıdır. Qadın ömür-gün yoldaşıdır. Eyni zamanda qadın qeyrətdir. Qadın namusdur. Qadın həyadır. Əgər ana, bacı, ömür-gün yoldaşı haqda bütün dünyanın nəzəri faktiki olaraq eynidirsə, digər anlayışlar planetin müxtəlif guşələrində müxtəlif cür qavranılır. Çünki birincilərin canlı təcəssümü mövcuddur. Namus, qeyrət, həyanın isə material qarşılığı yoxdur. Lakin buna rəğmən, hər xalqın qadına üımumi, əsirlər boyu formalaşmış bir nəzəri mövcuddur. Azərbaycan da istisna deyil. Vətənimizdə qadın daim uca tutulmuş, ana, bacı müqəddəs sayılmışdı. Hətta ən qəddar düşmənlərin savaş anında bir ağbirçəyin yaylığını döyüş meydanına atması kifayət etmişdir ki, sülh bərqərar olsun. Bütün bunlar bir anın içində, qəfildən yaranmamışdır. Əsirlər boyu formalaşan bir mədəniyyətin təzühürüdür bu. Eyni zamanda müsəlmanlığın Azərbaycanda yayılması ilə milli ənənələrə bir İslam çaları qatılmışdı. İllər biri-birini əvəz etmiş, dövlətlərin sərhədləri dəyişdirilmişdi, hökumətlər, hakimlər dəyişmişdi. Amma istənilən halda qadına baxış, bu müqəddəs dəyərlər stabil orta xəttini qorumuşdur. Baxmayaraq ki, 70 illik Sovet hakimiyyəti ümumilikdə tariximizə, gələcəyimizə zərbə vurmaqla yanaşı, həm də milli-mənəvi dəyərlərimizə təcavüz etmişdi. Amma bu dəyərlərin böyüklüyü, müqəddəsliyi sovetlərin fitnələrinə tab gətirə bildi. Nə yazıq ki, Azərbaycan müstəqillik qazandıqdan sonra mənəviyyatın bastionları çökdülər. O şey ki, dünən abırsızlıq və qeyrətsizlik rəmzləri kimi dəyərləndirilirdi, artıq müasirlik simvollarına çevrildilər. Ölkənin eli bir bölgəsi qalmadı ki, Qərbin Azərbaycana ixrac etdiyi çürük, əqidəsiz, mənəviyyatsız dəyərlərə hərisliklə qucaq açmasın. İctimaiyyət sanki kiminsə mahir və qüdrətli əli ilə «iffətsizlik» dalğasına kökləndi. Mənəvi dəyərlərimiz sürətlə uçuruma yuvarlanmağa başladı. Əsirlər boyu böyük çətinliklə əldə edilmiş bu dəyərlər digər xalqların, qitələrəin standartlarından ucuz tutuldu. Parancaya qadağa qoyan Fransanın prezidenti, milliyətcə yəhudi olan Nikolya Sarkozi yaxınlarda müsəlmanlara müraciət edərək, onları baş verənlərə anlaşıqlıqla yanaşmalaranı istədi. Atılan addımı isə özünəməxsus, bəlkə də çoxlarının gözləmədikləri tərzdə əsaslandırdı. Sarkozi bəyan etdi ki, Fransanın, fransızların qadın haqqında əsirlər boyu formalaşmış bir anlayışları mövcuddur. Fransızlar bu anlayışı müsəlmanlara, ümumiyyətlə heç kimə dəyişdirməyə imkan verməyəcəklər. Bəli, fransalı qadının dünyada təqdimata ehtiyacı yoxdur. «Fransalı qadın» dedikdə, artıq hər kəs nədən, hansı obrazdan getdiyi bəlli olur. Afrikada da, Amerikada da, Avropada da bu obraz birmənalı qəbul edilir. Və bu qadın, bu qadının ailəsində olan kişilər onu parancadan, İslami dəyərlərdən qorumaq istəyirlər. Bəs biz? «Azərbaycanlı qadın» deyəndə nə anlayırıq? Hansı obraz canlanır gözlər önündə? Ümumiləşdirilmiş belə obraz varmı? Bəlkə də, nə vaxtsa olub. Amma son illər ərzində bu obraz o qədər transformasiyaya uğrayıb ki, artıq onu asanlıqla fransız qadını ilə səhv salmaq olar.
İndi Bakıda «Azad Qadın» heykəli yenilənir, təmir edilir. Bu heykəl Sovetlər dönəmində «müasirləşən» qadına ucaldılmışdı. Amma indi, yəqin ki, bir çoxları həmən heykəli az qala qeyrət və namus mücəssəməsi kimi qəbul edə bilərlər. Həqiqətən də, bələkə də ötən əsrin 30-cu illərində çadrasını ayaqlar altına ataraq İslami dəyərlərə üsyan edən bu heykəlin prototipi hazırda bu heykəl ətrafında qaynaşan izdihama nəzər saldıqda, necə böyük səhv etdiyini anlayardı, min dəfə tövbə edib dərhal toza bulaşmış çadrasına yenidən sahib çıxardı. Amma artıq qatar gedib. Daha doğrusu isə, sürətlə getməkdədir. Özü ilə abır, həya, namus, qeyrət və daha nələri aparır. Bu millətsə sakitcə seyr etməkdədir. Həm qatarın getməyin, həm də digər paradoksal hadisələrə. Məscidlər sökülür, «Azad Qadın» heykəli təmir edilir. Paradoks deyil, bəs nədir?
İslam-Azeri.az
  • Yazılıb
  • da (də) 2010 May 30