Tarix : 2010 May 30
Kod 17620

Nürəddin Şirin Şeyx Naim Qasimlə görüşüb

o “Hizbullah”ın qələbəsinin 10 illiyi münasibətilə təşkil edilən tədbirlərdə iştirak üçün Beyruta gəlib
Türkiyə Servisi/Aran Agentliyi
Xəbər verdiyimiz kimi “İsra” mədəniyyət mərkəzinin sədri, “Kudus TV”nin təsisçisi, araşdırmaçı yazar Nürəddin Şirin Livanda səfərdədir.
İslam-Azeri.az internet qəzetinin Türkiyədəki müxbirinin məlumatına görə, o “Hizbullah”ın qələbəsinin 10 illiyi münasibətilə təşkil edilən tədbirlərdə iştirak üçün Beyruta gəlib.
“Hizbullah”ın teleakanlı olan “Əl Mənar TV”də canlı yayımla çıxışı da təmin edilib.
Daha sonra “İsra” mədəniyyət mərkəzinin sədri “Hizbullah” hərəkatının lideri Seyyid Nəsrullahın birinci müavini Şeyx Naim Qasimlə görüşüb.
Nürəddin Şirinin Livan səfəri ilə bağlı əraflı məlumat veriləcək…
İslam-Azeri.az
  • Yazılıb
  • da (də) 2010 May 30