Tarix : 2010 May 31
Kod 17653

Azərbaycan ziyalılar birliyi israilin son cinayətinə etiraz edən kəskin bəyanat yaydı

“Bu gün nəinki İslam dünyası bütün dünya birlikləri anlamalıdırlar ki, bu məsələyə bəs demək vaxtı çatıb və hər kəs öz münasibətini açıq şəkildə bildirməlidir”
Azərbaycan Servisi/Aran Agentliyi
Qəzza böləgəsinə humanitar yardım aparan gəmi karvanına sionist rejiminin hücumu heç bir vəcdlə izah olunmur. Onların silahlı hücumu bir daha göstərdi ki, bu sionist rejim artıq öz quduzluq mərhələsinə qədəm qoyub. Və bu nəinki sağlam məntiqə, heç xəstə məntiqə də sığmayan bir məsələdir. Hümanitar təşkilatların yardım apardığı gəmiyə silahlı hücumu, bu rejimin maskasını cıraraq simasını aydın göstərdi. Bü gün artıq bütün bəşəriyyət anlamlıdır ki, bu rejim xəstəliyə yoluxub. Və bu xəstəliyin adı quduzluqdur. Quduzluqdan da xilasın bir yolu var. Bunu hamı dərk eləməlidir. Bu gün nəinki İslam dünyası bütün dünya birlikləri anlamalıdırlar ki, bu məsələyə bəs demək vaxtı çatıb və hər kəs öz münasibətini açıq şəkildə bildirməlidir. Yetər ki, günahsız insanları qətlə yetirdilər. Yetər ki, bu rejimin elədikləri dövləti cinayəti üstündən keçdilər. Artıq buna dözmək olmaz. Bu gün həmən o gəmiyə atılan hər bir güllə bizim, uşaqlarımızın bədənimizə dəyən güllə kimi hiss eləməsək, biz heç nəyə nail olmayacağıq. Bu quduzluq günü-gündən idarə olunmaz şəkil alacaq. Bu Azərbaycan Ziyalılarının sözüdür və bəyanatıdır. Və bunu biz mütləq şəkildə deməliydik və öz mübarizəmizi birə yüz artıraraq bu rejimə qarşı istənilən müstəvidə öz kəskin sözümüzü deyəcəyik və bütün bunlarla ona qarşı öz qəti etirazmızı bildirməyi vacib hesab edirik.
Azərbaycan Ziyalılar Birliyinin sədri, Eldəniz Quliyev, 31 may 2010.
 
  • Yazılıb
  • da (də) 2010 May 31