Son hadisə bir daha cinayətkar İsrail rejiminin işğalçı, təcavüzkar olduğunu sübut etdi, Fələstinin Qəzza zolağına gedən “Azadlıq Karvanı” adlı ...
Azərbaycan Servisi/Aran Agentliyi
Son hadisə bir daha cinayətkar İsrail rejiminin işğalçı, təcavüzkar olduğunu sübut etdi, Fələstinin Qəzza zolağına gedən “Azadlıq Karvanı” adlı humanitar yardım gəmilərinə qarşı törədilən bu vəhşilik 21-ci əsrin ən qanlı hadisəsi kimi tarixə düşdü. Bu hadisə bir daha onu göstərdi ki, İsrailin məqsədi Fələstin müsəlmanlarını məhv etmək, Fələstin torpaqlarını işğal etmək və öz təcavüzkar cinayətlərini davam etdirməkdir. Bundan əlavə haqqı və ədaləti müdafiə edən hər bir şəxs, qurum və dövlət İsrailin düşmənidir. Baş verən hadisədə 20 nəfərə yaxın insan İsrail desantları tərəfindən şəhid edilib, onlarla insan yaralanıb, ölənlərin sayı hələ də artmaqdadır. Bundan əlavə onlarla insanın həbs olunması və naməlum yerlərə aparılması İsrailin qudurğanlığının həddinin olmaması deməkdir. İsrail terrorçu, işğalçı və təcavüzkar olduğu halda humanitar yardım karvanına terrorçu adı qoyaraq onlara hücum edib. Bu beynəlxalq səviyyədə bütün bəşəriyyət əleyhinə olan bir hərbi dəniz cinayətidir və İsrail rəhbərləri beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Bunu da qeyd edək ki, İsrailin son hadisədə törətdiyi qanunsuzluq və vəhşilik bütün müsəlman ölkələrinin İsraillə istənilən əlaqələrini kəsməsinə səbəb olmalıdır. Çünki bu hadisəni törədən rejimlə əlaqə həmin ölkəyə utanc gətirən bir haldır. İsrail son hadisə ilə bir daha onun haqqında deyilən mənfi fikirlərin doğru olduğunu təsdiqlədi. İsraili son hadisə ilə təkcə region və müsəlman ölkələr və xalqlar üçün deyil bütün bəşəriyyət üçün bir təhlükədir.
Azərbaycan Birlik Təşkilatının sədri
Hacı Namiq Babaxan
31.05.2010