Tarix : 2010 May 31
Kod 17657

Türkiyə İsraildəki səfirini geri çağırıb və BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçir...

Türkiyə İsraildəki səfirini geri çağırmaq barədə qərar qəbul edib. bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin açıqlayıb
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə İsraildəki səfirini geri çağırmaq barədə qərar qəbul edib. bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Burak Özügərgin açıqlayıb. Türkiyə müvəqqəti üzvü olduğu BMT Təhlükəsizlik Şurasının fövqəladə yığıncağının keçirilməsini də tələb edib. Bu məqsədlə xarici işlər naziri Əhməd Davudoğlu şəxsən Nyu-Yorka yola düşüb. Baş nazir Rəcəb Tayyib Ərdoğan xaricdə olduğu üçün onun səlahiyyətlərini icra edən baş nazirin müavini Bülənt Arınç səfirin geri çağırılmasından əlavə İsraillə birgə keçirilməsi planlaşdırılan 3 hərbi təlimin ləğv edildiyini bildirib. O, İsraildə olan Türkiyənin U-18 milli futbol komandasının da orada planlaşdırılan matçlara çıxmaqdan imtina edərək vətənə döndüyünü deyib. Xatırladaq ki, mayın 31-i səhərə yaxın İsrail hərbçiləri Qəzza sektoruna humanitar yardım aparan 6 gəmiyə hücum edib. Hücum nəticəsində 6-sı türk olan 19 nəfər həlak olub.
  • Yazılıb
  • da (də) 2010 May 31