Azərbaycan Servisi/Aran Agentliyi
"Azadlıq donanması"nın tərkibinə altı gəmi daxil idi. Gəmilərin göyərtələrində Avropa və ərəb ölkələrindən olan, təxminən, 600 hüquq müdafiəçisi, eləcə də onlarca deputat olub. Aksiya İrlandiya, İsveç, Yunanıstan, Türkiyə, Əlcəzair və Küveytin hüquq müdafiəçiləri tərəfindən təşkil edilib. Onlar Qəzza sektoruna 10 min ton humanitar yardım, eləcə də dərmanlar və tikinti materialları çatdırmaq niyyətində olublar. Beynəlxalq KİV-lərdə yayılan xəbərlərə görə İsrailin hücum etdiyi humanitar yardım aparan gəmilərin birində digər ölkələrin bayraqları ilə yanaşı Azərbaycan bayrağı da dalğalanıb. İsrail ordusu cəlladları gəmilərə xüsusilə birinci gedən və əsasən türkiyəlilərin olduğu gəmiyə hücum edərək 20 nəfərə yaxın insanı qətlə yetirib, 100-ə yaxın insanı yaralayıb, onlarla insanı isə həbs edib, məlum olmayan istiqamətlərə aparıblar. Yunanların olduğu gəmidə də ölən və yaralananlar var.