Rusiya Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumunu qınayaraq mülki vətəndaşlara yönəlik hücumun və açıq ...
Rusıya Servisi/Aran Agentliyi
Rusiya Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya yardım aparan gəmilərə hücumunu qınayaraq mülki vətəndaşlara yönəlik hücumun və açıq dənizdəki gəmilərin saxlanmasının beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması olduğunu bəyan edib. Naziliyin açıqlamasında Qəzzanın mühasirəsini yarmaq üçün Türkiyənin təşəbbüsü ilə 6 gəmilik yardım karvanı təşkil edildiyi, 10 ton yardım aparan karvanda insan haqları müdafiəçiləri və qeyri-hökumət təşkilatları təmsilçilərinin olduğu xatırladılıb. Moskva insanların öldürülməsindən və yaralanmadından böyük narahatlıq keçirir. Yaşananların bütün detalları ilə aydınlığa qovuşdurulması lazımdır. Heç bir hüquqi səbəb olmadan dinc insanlara qarşı silah tətbiqinin və açıq dənizdəki gəmilərin saxlanmasının beynəlxalq hüquq normalarının açıq şəkildə pozulması olduğu aydındır. Bu olaya İsrailin Qəzzanın mühasirəsini qaldırması, Qəzza xalqının humanitar və sosial vəziyyətinin yaxşılaşdırılması üçün real addımların dərhal atılmasının vacibliyinin isbatı olaraq baxırıq.