Tarix : 2010 May 31
Kod 17661

“Yeni Şərq” İsrailin cinayətini pislədi

Yeni Şərq” Araşdırmalar Mmərkəzi İsrailin növbəti cinayətini qətiyyətlə pisləyir, baş verənləri sionist qurumun anti-insani siyasətinin məntiqi davamı kimi dəyərləndirir
Azərbaycan Servisi/Aran Agentliyi
2010-cu il mayın 10-nə keçən gecə blokada şəraitində yaşayan Qəzzaya, Türkiyənin təşkilatçılığı ilə humanitar yardım aparan yük gəmi karvanı İsrailin hərbi qüvvələri tərəfindən hücuma məruz qalıb. Sionistlərin bu vəhşi basqını nəticəsində artıq 10 mülki vətəndaşın şəhid edildiyi, 50-yə yaxın insanın isə yaralandığı məlumdur.
“Yeni Şərq” Araşdırmalar Mmərkəzi İsrailin növbəti cinayətini qətiyyətlə pisləyir, baş verənləri sionist qurumun anti-insani siyasətinin məntiqi davamı kimi dəyərləndirir. Rəsmi Təl-Əviv bir daha heç bir beynəlxalq qanunları tanımadığını və cəngəllik qaydaları ilə mövcudluğunu davam etdirməkdə qərarlı olmasını sübut etdi. Hərçənd, bunu əvvəlcədən təxmin etmək olardı. "Əridilmiş qurğuşun" əməliyyatı zamanı minlərlə günahsız insanın qanına qəltan edilməsinə göz yuman və susan dünya faktiki olaraq cinayətkar rejimin mayın 31-nə keçən gecə törətdiyi terrora rəvac verdi.
“Yeni Şərq” Araşdırmalar mərkəzi həmçinin bütün dünya ölkələrinə, o cümlədən Azərbaycan hökumətinə müraciət edərək, İsrailin bu qanlı cinayətini qınamasını, sionist rejimlə bütün əlaqələri kəsməsini tələb edir. Unutmaq olmaz ki, cinayətkarla hər hansı əlaqədə olan şəxs, qurum və ya hökumət, istər-istəməz bu cinayətkarla əlbir olur, törədilən cinayətin iştirakçısına çevrilir.
 
“Yeni Şərq” Araşdırmalar Mərkəzi
 
  • Yazılıb
  • da (də) 2010 May 31