Tarix : 2010 Jun 01
Kod 17671

Azərbaycanda sionist rejiminə etiraz edir

Elxan Poloxov: “Azərbaycan hər zaman Qəzza zolağında yaşayan əhaliyə humanitar yardım göstərməyin tərəfdarı olub”
Azərbaycan Servisi/Aran Agentliyi
«Azərbaycan tərəfi Qəzzaya yardım daşıyan gəmi karvanına İsrailin hücumundan narahatdır. Ona görə ki, humanitar aksiya ilə bağlı olan tədbir insan tələfatları ilə tamamlanıb». Bunu KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov deyib: «Biz hesab edirik ki, belə ciddi vəziyyətdə emosiyaları kənara qoyaraq, insidentin bütün detalları dəqiqliklə və qısa zamanda yoxlanılsın və günahkarlar cəzalandırılsın». E. Poluxov bildirib ki, Azərbaycan hər zaman Qəzza zolağında yaşayan əhaliyə humanitar yardım göstərməyin tərəfdarı olub, bununla bağlı Azərbaycan dəfələrlə öz mövqeyini bildirib: «Sonuncu dəfə belə bir təklif cənab prezidentin tapşırığı ilə xarici işlər naziri Elmar Məmmədyarov keçən ilin martında Şarmal Şeyxdə keçirilən beynəlxalq donor konfransında təşəbbüslə çıxış edib. Donor konfransı vaxtı lazım olan yardım göstərməyə hazır olduğunu bildirib, sadəcə bunun həyata keçirilmə forması ilə bağlı təklifləri gözləyirik. Bu, BMT-nin bayrağı altında ola bilər, yaxud digər beynəlxalq mexanizm vasitələri ilə həyata keçirilə bilər. Sadəcə olaraq effektiv mexanizm gözləyirik. Hələ ki, təəssüflər olsun ki, hansı formada və həcmdə yardım göstərməklə bağlı təklif olmayıb».
 
  • Yazılıb
  • da (də) 2010 Jun 01