"Qarabağ Azadlıq Təşkilatı Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail rejimi tərəfindən hərbi hücum edilməsini...
Azərbaycan Servisi/Aran Agentliyi
"Qarabağ Azadlıq Təşkilatı Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə İsrail rejimi tərəfindən hərbi hücum edilməsini, vətəndaş cəmiyyəti nümayəndələrinin qətlə yetirilməsini insanlığa qarşı cinayət kimi qiymətləndirir. İsrail rejimi bu qanlı hərəkəti ilə özünü sivil dünyaya qarşı qoymuş, beynəlxalq hüquq normalarını, bəşəri dəyərləri tapdalamışdır. Bu dəhşətli olay İsrail rejiminin həqiqi mahiyyətini bir daha aydın şəkildə nümayiş etdirmişdir. İsraildə qaniçən, terrorçu, quldur bir dəstə hakimiyyətdədir. Dünya birliyi bunun fərqinə varmalı, təcili tədbirlər görməlidir. Biz bu terrorçu rejimin hərəkətlərini lənətləyir və hesab edirik:
1. İsrail Birləşmiş Millətlər Təşkilatının üzvlüyündən dərhal xaric edilməlidir. Bu terrorçu dövlətin mədəni dövlətlərlə bir sırada dayanmağa mənəvi haqqı yoxdur.
2. Beynəlxalq birlik İsrailin hərəkətlərini faşizmin ən eybəcər təzahürü kimi dəyərləndirməli və ona qarşı ən kəskin sanksiyalar tətbiq etməlidir. İsrailin baş naziri B.Netanyahu və terrora məsul olan digər şəxslər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
3. Azərbaycan İsraillə bütün münasibətlərini, o cümlədən diplomatik əlaqələri kəsməlidir. İsrailin Azərbaycandakı səfriliyi fəaliyyətini dayandırmalı və ölkəni tərk etməlidir."
4. Biz Azərbaycanın bütün vətəndaşlarını İsrailə qarşı ictimai qınağın müxtəlif formalarından istifadə etməyə, iqtisadi, ticari və mədəni əlaqələrdən imtina etməyə, o cümlədən İsrail mallarını boykot etməyə çağırırıq.
5. Biz erməni faşizminin ağır nəticələrini öz üzərimizdə hiss etdiyimizə görə, dünyanı faşizmin daha bir təzahürü olan yəhudi faşizminə qarşı vaxtında və təsirli addımlar atmağa, erməni, yəhudi və digər eybəcər faşizm təhlükələrinin ayaq açıb yeriməsinə imkan verməməyə çağırırıq.