Bu gün "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyi Türkiyənin Bakıdakı səfirliyi qarşısında aksiya keçirib
Azərbaycan Servisi/Aran Agentliyi
Aksiya iştirakçıları Türkiyə Cümhuriyyətinə və Türk xalqına dəstəklərini və həmrəyliklərini bildiriblər. Tədbirdə İsrailin mayın 31-nə keçən gecə Qəzzaya humanitar yardım aparan gəmi karvanına basqını pislənilib və qınanılıb. Aksiya iştirakçıları "Bir millət, iki dövlət Azərbaycan - Türkiyə", "Türkyənin dərdi Azərbaycanın dərdi", "Məhv olsun İsrail!" və s. şüarlar səsləndiriblər. Sonda İctimai Birliyin məktubu diplomatik missiyaya təqdim edilib.
Məktubun mətni:
"Türkiyə hökümətinin hörmətli səfirliyinə
2010-cu il mayın 31-nə keçən gecə İsrailin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Donanması tərəfindən Qəzzaya humanitar yardım aparan gəmi karvanına hücum etməsi nəticəsində 19 nəfər həlak olmuş, 100-ə yaxın insan isə yaralanmışdır.
«Milli-Mənəvi Dəyərlər» İctimai Birliyi bu vəhşilik təcəssümü olan əməliyyat nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, eləcə də bütün Türk xalqına dərin hüznlə başsağlığı verir, Rəbbimizdən şəhidlərə rəhmət diləyir.
Bu çətin sınaq anında bəyan edirik ki, hər bir azərbaycanlı və müsəlman kimi, biz Türk qardaşlarımızın yanındayıq və hadisələrin istənilən ssenari üzrə cərəyan edəcəyi təqdirdə bu dəstəyi və həmrəyliyi davam etdirəcəyik.
Əmin olmaq istərdik ki, çoxəsirlik tarixə malik Türkiyə bu ağır zərbə qarşısında mətinliklə duruş gətirəcək və aşkar quldurluq əməllərinə əl atan müqəssirləri layiqincə cəzalandıracaq. Eyni zamanda uca Rəbbimizdən bu qanlı olayları törədənlərin tezliklə İlahi bir cəzaya yetmələrini diləyirik."
İslam-azeri.az