Tarix : 2010 Jun 04
Kod 17719

Lənkəranda israil əleyhinə aksiya

Ötən gün Lənkəranda İsrailin Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına hücumuna etiraz olaraq aksiya keçirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Turanın www.hayatimiz.org saytının məlumatına görə, İcra Hakimiyyəti aksiyaya icazə verməsə də, 200-ə yaxın adam Şəhidlər Xiyabanına yürüş edərək İsrail tərəfindən öldürülmüş hərbçilərin xatirəsini anıblar. Aksiya iştirakçıları “İsrail, dayan!”, “Terrora yox!”, “Türkiyə, biz səninləyik!” şüarlarını səsləndiriblər. Mitinqdə çıxış edənlər İsrailin hərəkətini pisləyiblər. Aksiya insidentsiz ötüşüb və bəyanat qəbulu ilə başa çatıb .
  • Yazılıb
  • da (də) 2010 Jun 04