Tarix : 2010 Jun 04
Kod 17720

Nardaranlilar 2002-ci ildə baş verən ''Nardaran hadisələri''andı

Məşhədi Natiq Kərimov: “Biz 2002-ci il iyun ayının 3-də Nardaran baş verən hadisəni hər il qeyd etmişik bu il də qeyd etdik”
Azərbaycan Servisi/Aran Agentliyi
Nardaranlılar 2002-ci ildə baş verən hadisələri bu gün bir daha andılar. İmam Hüseyn Meydanına toplaşan kənd sakinləri, 2002-ci ildə “Nardaran Hadisələri” kimi Azərbaycan tarixinə düşən günləri xatırladılar. Həmin gün qarşıdurmada dünyasını itirmiş şəhid Əlihəsən Əliyev yad edildi. Nardaranlılar bir daha qeyd etdilər ki onlar bu hadisələrdə günahsız olub və yalnız sosial problemlərinin həllini istəyiblər. Hadisələrin şahidi Məşhədi Natiq Kərimov: “Biz 2002-ci il iyun ayının 3-də Nardaran baş verən hadisəni hər il qeyd etmişik bu il də qeyd etdik” deyə birlik.az-a bildirmişdir.
  • Yazılıb
  • da (də) 2010 Jun 04