Tarix : 2010 Jun 04
Kod 17723

Şəhid əlihəsən yad edildi

Nardaran sakinləri 2002-ci ildəki “Nardaran Hadisələrində” dünyasını dəyişən Əlihəsən Əliyevin Nardaran Pirindəki məzarını ziyarət etdilər, onun ruhuna oxunan Quranları tapşırdılar, dualar etdilər.
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün Nardaranda baş verən 2002-ci il olaylarından 8 il ötür, Nardaran kənd sakinləri bu münasibətlə hər il olduğu kimi bu günü və bu günün şəhidini yad etdilər. Nardaran sakinləri 2002-ci ildəki “Nardaran Hadisələrində” dünyasını dəyişən Əlihəsən Əliyevin Nardaran Pirindəki məzarını ziyarət etdilər, onun ruhuna oxunan Quranları tapşırdılar, dualar etdilər.
Sonda ehsan süfrəsi verildi.
  • Yazılıb
  • da (də) 2010 Jun 04