Türkiyə Servisi/Aran Agentliyi
“İsrail tarixin ən böyük xətalarından birinə yol verdi. Bu səhvin nə qədər böyük bir səhv olduğunu gələcəkdə daha yaxşı başa düşəcəklər. Şübhəsiz ki, Türkiyə öz vətəndaşlarına və gəmisinə qarşı beynəlxalq sularda edilən bu hücumu əsla bağışlamayacaq. Soyuqqanlı şəkildə nə lazımdırsa onu edəcəyik”. Bu sözləri Ankarada yerli mediaya açıqlamasında prezident Abdulla Gül deyib. A. Gül İsrailin peşman olacağı bir yanlışlığa yol verdiyini bəyan edib: “Bu, çox ciddi hadisədir. Unudulacaq, unutdurulacaq, üstü örtüləcək bir məsələ deyil. Bundan sonra Türkiyə-İsrail əlaqələri heç vaxt əvvəlki kimi olmayacaq”.